Zelenski təcili müşavirə keçirdi


  • 12:27 / 24 02 2022 |
  • Bölmə: Hadisə


Prezident Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlarla bağlı təcili müşavirə keçirib.

“Rupor” xəbər verir ki, məlumatı Ukrayna Prezidentinin rəsmi saytı yayıb.

Bildirilib ki, müşavirədə hökumət başçısı, müdafiə və iqtisadiyyat sahələrinin rəhbərləri iştirak ediblər.

Məlumata görə, müşavirə iştirakçıları Ukrayna sərhədlərində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Rusiya Silahlı Qüvvələrinin dəf edilməsi məqsədilə müdafiə qüvvələri tərəfindən həyata keçirilən tədbirlərə dair aktual məlumatlar dinləyiblər. Bildirilib ki, bütün hərbi hissələr öz mövqelərindədir.

Dövlət başçısı Rusiyanın təcavüzünü dayandırmaq üçün beynəlxalq koalisiya yaratmaq məqsədilə dünya liderləri ilə aparılan danışıqlar haqqında məlumat verib.




Oxşar xəbərlər