Son sutkada heç kim vaksin olunmayıb


  • 16:51 / 09 05 2022 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycanda son sutkada heç kim koronavirus əleyhinə vaksinasiya olunmayıb.

Bu barədə “Rupor”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 883 təşkil edir.

Belə ki, birinci doza peyvəndlərin ümumi sayı 5 341 971, ikinci doza vaksinlərin sayı 4 842 230 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 244 010, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 241 672 olub.



Oxşar xəbərlər