Türk əsgəri İraqda şəhid oldu, yaralılar var


  • 21:54 / 13 05 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


Şimali İraqda həyata keçirilən “Pençe-Kilit” əməliyyatında daha əvvəl terrorçular tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının işə salınması nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid ölub, 3 hərbçi yaralanıb.

“Rupor” Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid olan hərbçi Selman Gülər adlı əsgərdir. Milli Müdafiə Nazirliyi öz Tviter hesabında şəhid əsgər üçün başsağlığı mesajı yayıb. 



Oxşar xəbərlər