Bakıda polkovnik-leytenant iş başında öldü - FOTO


  • 20:56 / 14 05 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.


"Rupor" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Aydın oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  





Oxşar xəbərlər