Zaxarova Ukraynanın “Avroviziya”da qalib olmasına münasibət bildirdi


  • 14:02 / 15 05 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında Ukraynanın “Kalush” orkestr komandasının “Avroviziya 2022”də qələbəsini şərh edib.

"Rupor" xəbər verir ki, onun sözlərinə görə, bu qələbə olmasaydı, “bu ölkənin başına gələnlərin mənzərəsi tam olmazdı”.
“Milli geyimlər və alətlər, simli iki Baba Yaqa, breyk rəqsi və “Azovstal” haqqında nəğmələr. Avropa ayaq üstə alqışlayır. Pərdə” - deyə Zaxarova qeyd edib.

Ukraynanın “Kalush” orkestr qrupu 631 xalla “Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi olub. Dünya liderləri Ukrayna komandasını musiqi yarışmasında qalib gəlməsi münasibətilə təbrik ediblər.

Qeyd edək ki, bu il Rusiya və Belarus beynəlxalq mahnı müsabiqəsində iştirak etməyiblər.




Oxşar xəbərlər