Operativ Qərargah məlumat yaydı


  • 17:50 / 15 05 2022 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Rupor”a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 548, bu günə qədər isə ümumilikdə 6 853 222 test icra olunub.



Oxşar xəbərlər