Göygöldə avtomobil piyadanı vuraraq öldürüb


  • 11:01 / 16 05 2022 |
  • Bölmə: Hadisə


Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Rupor"a verilən xəbərə görə, mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Göygöl RPŞ-də araşdırma aparılır.




Oxşar xəbərlər