Şəmkirdə qəza - xəsarət alanlar var


  • 09:33 / 17 05 2022 |
  • Bölmə: Hadisə


Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.


"Rupor" xəbər verir ki, hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" və "Chevrolet Cruze" markalı minik maşınları toqquşub. Qəza 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan N.Rüstəmlinin vəziyyəti ağır olduğundan Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.





Oxşar xəbərlər