Azərbaycanda eks deputatın evində yanğın oldu


  • 09:43 / 17 05 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Bu gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

"Rupor" un  xəbərinə görə yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.

Belə ki, vətəndaş Fuad Taptıq oğlu Süleymanova məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda yanğın olub. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qayınatasıdır.







Oxşar xəbərlər