Peyvənd olunanların sayı açıqlandı


  • 16:55 / 19 05 2022 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycanda son sutkada 3 197 nəfər vaksinasiya olunub.

Bu barədə "Rupor"a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci doza peyvəndlərin ümumi sayı 5 344 904, ikinci doza vaksinlərin sayı 4 845 785 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 263 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 915 olub.



Oxşar xəbərlər