Azərbaycan millisi Litvaya qalib gəldi


  • 21:52 / 19 05 2022 |
  • Bölmə: Hadisə / İdman


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə yoldaşlıq oyunu keçirib.

"Rupor" xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev fərqlənib.

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan yığması 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında mayın 20-də və 21-də daha iki oyun nəzərdə tutulub. 



Oxşar xəbərlər