3 nəfər dəm qazından zəhərləndi, ölən var


  • 23:02 / 20 05 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

"Rupor" xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)



Oxşar xəbərlər