Ərdoğan prezidentliyə namizəd olacağını açıqladı


  • 17:45 / 09 06 2022 |
  • Bölmə: Hadisə


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.

"Rupor" xəbər verir ki, bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.

Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib:

“Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.




Oxşar xəbərlər