"Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi


  • 12:59 / 12 06 2022 |
  • Bölmə: Hadisə / İdman


Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"Rupor"un məlumatına görə, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.






Oxşar xəbərlər