Axtarışda olan şəxs saxlanılarkən polisə xəsarət yetirdi


  • 12:02 / 18 06 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Lerikdə axtarışda olan şəxs saxlanılıb, oğlu ilə birgə polisə xəsarət yetirib.

Bu barədə "Rupor"Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

O bildirib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o, və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər
.
Buna baxmayaraq, polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da, tutulması təmin edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.




Oxşar xəbərlər