Biz İsveçi qoruyacağımıza əmin olmalıyıq


  • 19:05 / 22 06 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


İsveçin NATO-ya daxil olmasına yaşıl işıq yandırmaq ehtimalı hücum zamanı 5-ci maddə çərçivəsində İsveç xalqını qoruyacağımız mənasına gəlir.

"Rupor" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Əgər İsveç üçün belə bir məsuliyyəti öz üzərinə götürmək niyyətindəyiksə, əmin olmalıyıq ki, Türkiyə vətəndaşları sizin ölkədə toplanan pullarla hücuma məruz qalmayacaq və İsveç silahları Suriya və ya İraqdakı terror sığınacaqlarından çıxmayacaq.

İsveç hökuməti artıq ölkənizin NATO-ya necə töhfə verəcəyini deyir. Bizim üçün sual işarəsi İsveçin NATO-ya üzvlüyünün terrorizmlə mübarizəyə zərər verib-verməyəcəyidir. Əmin olmalıyıq ki, İsveç ittifaqın dəyərlərini və gələcək müttəfiqlərinin təhlükəsizliyini qoruyur”, - Altun vurğulayıb.

(Axar.az)



Oxşar xəbərlər