Sabah Çolpon-Atada TÜRKPA-nın XI plenar iclası başlayır


  • 19:51 / 22 06 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


İyunun 23-də Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın XI plenar iclası keçiriləcək.

Qurumdan "Rupor"a verilən məlumata görə, tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək.
Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.

Toplantı iyunun 24-də başa çatacaq.




Oxşar xəbərlər