Beyləqanda 15 nəfər pambıqdan zəhərlənib


  • 09:29 / 23 06 2022 |
  • Bölmə: Hadisə


Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.

"Rupor"un əldə etdiyi məlumata görə, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.




Oxşar xəbərlər