Tbilisidə biznesmen qətlə yetirildi


  • 20:12 / 24 06 2022 |
  • Bölmə: Hadisə / Xəbərlər


Tbilisinin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.

“Rupor” Report-a istinadən xəbər verir ki, iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, 53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.

L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.

Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.



Oxşar xəbərlər