
Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.
“Rupor” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.
Paylaşında daha sonra bildirilir: “1918-ci il iyunun 11-də Gəncədə həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin təşəbbüsü ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb. Gəncədəki Baş konsulumuzla birlikdə açılışdan əvvəl abidəyə baş çəkdik”,


