Tovuzda ağır qəza - Ölənlər var


  • 10:51 / 28 06 2022 |
  • Bölmə: Hadisə


“Rupor” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib. "VAZ 2106" markalı 2 avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Həzirətəabbas Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Atayev hadisə yerində ölüb. Qəza zamanı daha 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər