
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.
“Rupor” "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Sabirabad RİH-in Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlu saxlanılıb. Onun hansı faktla bağlı saxlanılması hələlik məlum deyil.
