Meymunçiçəyi virusuna görə vaksinasiya olacaq? - Nazir cavab verdi


  • 12:42 / 01 07 2022 |
  • Bölmə: Hadisə



Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında Azərbaycanda meymunçiçəyi virusunun vəziyyəti barədə açıqlama verib. 

"Rupor" xəbər verir ki, nazir AZərbaycanda meymunçiçəyi virusunun qeydə alınmadığnı və  qarşı heç bir vaksinasiya nəzərdə tutulmadığını bildirib. 

Onu da əlavə edib ki, Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".

Nazirin sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.







Oxşar xəbərlər