Sumqayıtda məhkəmə hakimi Gəncə Şəhər Məhkəməsinə sədr təyin olundu


  • 15:08 / 01 07 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Rupor” xəbər verir ki, Sərəncamda deyilir:
“1. Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin.
3. Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
4. Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilsinlər:
Hüseynov Kənan Zakir oğlu
Hüseynov Zaur Nazim oğlu
İmanov Zaman Şakir oğlu
Şirinov Gündüz Əhməd oğlu
Tağıyev Cavid Tahir oğlu”.




Oxşar xəbərlər