Ərinin bıçaqladığı 21 yaşlı xanım xəstəxanada öldü


  • 16:29 / 27 07 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Balakəndə şəhərin mərkəzində baş verən bıçaqlanma hadisəsi ilə bağlı Baş Prokurorluq məlumat yayıb. 

"Rupor"a daxil olan məlumatda bildirilir ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov  şübhəli şəxs qismində tutulub.

Onu da qeyd edək ki, gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.





Oxşar xəbərlər