Hərbçimiz Kəlbəcərdə minaya düşərək şəhid oldu


  • 21:30 / 05 08 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Bu barədə “Ripor”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!



Oxşar xəbərlər