Babadağ dağında bir neçə nəfər köməksiz vəziyyətdə qaldı


  • 12:12 / 06 08 2022 |
  • Bölmə: Hadisə


Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalıb.

Bu barədə "Rupor"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub: "Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".



Oxşar xəbərlər