Daşkəsən İcra Hakimiyyətinin Xoşbulağa naxoş münasibəti - Fotolar


  • 12:53 / 06 08 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Bölgə


Fotolara baxanda buranın ora olduğuna inanmayacaqsız. 

Amma bura elə oradır - Bakıda dilimiz yana-yana adını çəkdiyimiz Xoşbulaq kəndi.


Daşkəsən rayonunun inzibati ərazisidir. Bu rayonun icra başçısı da var, tutulub eləməyib. Xoşbulağa ayağını qoyan adamsa tutulur. Əvvəl nitqi, sonra ayaqları, ardından əhvalı, ovqatı...

Fotolarda gördüyünüz kəndin yeganə yoludur. Havası, suyu, meşəsi nümunə olan Xoşbulaq rayon rəhbərliyinin naxoş münasibətindən adamı hərarətləndirir. Yayın isti günlərində sərinləməyə getdiyin kənd yolları səni elə qarşılayır ki, istiliyin qalxır. 

Söhbəti burda bitirək, ardını şəkillər danışsın. 

Qeyd: Yazının janrı replika xarakterlidir, buna baxmayaraq, cavabdehlərin də fikrini öyrənəcəyik. Əlbəttə, onlar daha yaxşı bilərlər, hər qarışı uğurunda canımızdan geçdiyimiz yurd yerlərindən biri niyə bu gündədir? Düzdür, Xoşbulaq Qarabağ deyil, indiki vəziyyətinə baxandasa adama elə gəlir ki, elə işğal dövründəki Qarabağdır. 

Ceyhun
 




Oxşar xəbərlər