Dörd güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi


  • 15:55 / 10 08 2022 |
  • Bölmə: Hadisə / İdman


Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

"Rupor"un məlumatına görə, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir finalda İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb. H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala adlayıb.

Azərbaycan güləşçisi Əbubəkr Abakarov da həlledici döyüşdə türkiyəli atlet Osman Göçənə qalib gəlib. Turan Bayramov isə 11:0 hesabı ilə - Əlcəzair güləşçisi Abdelkader İkkalı üstələyib.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala vəsiə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar.





Oxşar xəbərlər