Mariya Stadnik İslamiadada qalib oldu - Fotolar


  • 19:32 / 10 08 2022 |
  • Bölmə: Hadisə / İdman


Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.( Report)









Oxşar xəbərlər