Hacı Əliyev də V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı


  • 20:32 / 10 08 2022 |
  • Bölmə: Hadisə / İdman


Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.

Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.

O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.

Xatırladaq ki, 50 kq çəki dərəcəsində özbəkistanlı Jasmina İmmayevaya fianlda 10:0 hesablı təmiz qələbəsi ilə qalib gələn qadın güləşçimiz Mariya Stadnik də qızıl medala layiq görülüb. 

O da karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion adını qaznmışdı



Oxşar xəbərlər