Tuğ kəndində ermənilərin "Mİ-8" helikopterinin qalıqları tapıldı - Foto


  • 19:05 / 11 08 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə "Rupor'"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.





Oxşar xəbərlər