Azərbaycan İslamiadada 43-cü qızıl medalı qazandı - Yeniləndi


  • 10:07 / 14 08 2022 |
  • Bölmə: Hadisə / İdman


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

****

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

"Ruporr"un məlumatına görə, bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda bütün rəqiblərini geridə qoyub.

Yığmanın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə çıxışı isə 29,950 xala layiq görülüb. Milli iki çıxışın cəmində 62,700 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.

***

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

"Rupor" xəbər verir ki, bədii gimnastların fərdi çıxışından sonra ölkə yekun sıralamada birinci olub.

Azərbaycan 252.300 xalla bütün iştirakçı komandaları qabaqlayıb.

Bu, ölkənin İslamiadada qazandığı 11-ci qızıl medaldır.



Oxşar xəbərlər