“Azərbaycan Şuşanı bərpa etmək əzmindədir” - Times of Malta


  • 15:18 / 15 08 2022 |
  • Bölmə: Hadisə


“Azərbaycan öz mədəniyyət paytaxtını - xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir”.

“Rupor” xəbər verir ki, bu barədə Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri, dünya irsi üzrə tanınmış ekspert Rey Bondinin “Times of Malta” qəzetində dərc olunan “Şuşa – xarabalıqlar içində olan mədəniyyət paytaxtı” başlıqlı məqaləsində deyilir.

Qeyd edək ki, R.Bondin Şuşada keçirilən postmünaqişə dövründə humanitar yardım üzrə beynəlxalq konfransda ekspert qismində iştirak edib. O, həmçinin, təxminən 20 il qabaq UNUESCO-nun İçərişəhərlə bağlı Ümumdünya İrs statusu üçün qiymətləndirilməsi hazırlanarkən Azərbaycanla əməkdaşlıq edib.

Ekspert məqalədə xatırladır ki, Şuşa Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtıdır: “Bura Lüksemburqdan böyük olan regiondur və 30 ildən artıq Ermənistanın işğalı altında olub. Azərbaycan onu yalnız iki il əvvəl müharibə zamanı geri qaytarıb”.





Oxşar xəbərlər