Şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini bilindi


  • 13:30 / 20 08 2022 |
  • Bölmə: Hadisə / Özəl Xəbərlər


"Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır".

"Rupor"
Report-a istinadən xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib".

"Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var", - o əlavə edib.



Oxşar xəbərlər