Erməni vandalizminə məruz qalmış Laçın şəhəri


  • 09:22 / 01 09 2022 |
  • Bölmə: Hadisə / Bölgə



Otuz il erməni işğalı altında olmuş Laçın şəhəri vandalizmə məruz qalıb.

"Rupor" xəbər verir ki, ermənilər şəhəri tərk edəndən sonra yaşayış evlərinin, iaşə obyektlərinin qapı-pəncərələrini və dam örtüklərini sökərək özləri ilə aparıblar.

Ermənilər şəhərin giriş hissəsində yerləşən ağacları yandıraraq məhv ediblər.

Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri əraziləri minalardan təmizləyir, hərbi polis şəhərdə xidmət aparır.

Xatırladaq ki, bu gün bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinə səfərdədirlər.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
(Report)







Oxşar xəbərlər