Lerikdə turist avtobusu qəzaya düşdü - Ölənlərin sayı 8 oldu - Yenilənib + Video


  • 18:06 / 04 09 2022 |
  • Bölmə: Hadisə / Bölgə

Qəzada ölənlərin sayının 8 olduğu bildirilir




***

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.

"Rupor" APA-ya istinadən xəbər verir ki təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Rupor" "Report"a istinadən xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.



Oxşar xəbərlər