Əbədi ZƏFƏRdə böyük payı olan Elçin Quliyevin var olma günüdür - Fotolar


  • 10:27 / 22 09 2022 |
  • Bölmə: Hadisə


Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin doğum günüdür. 

1967-ci ildə Sumqayıt şəhərində doğulan Elçin Quliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Bakı Ali Birləşmiş Komandalıq Məktəbinin məzunudur. 

1992-ci ildən Azərbaycan Ordusunda xidmət edən Elçin Quliyev həm Prezidenti Heydər Əliyevin, həm də, Prezident İlham Əliyevin fərmanları ilə  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. O, həm də Azərbaycan Atçılıq Federasiyasının (ARAF) Prezidentidir.



Azərbaycan Prezidenti Elçin Quliyevi "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeninə və "Rəşadət" ordeninə layiq görüb.

Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.



Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin yüzlərlə canlı qüvvəsini məhv etmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağını sancmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini işğalçılardan təmizləyiblər. Məhz DSX-nın uğurlu taktikası nəticəsində AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhvinə nail olunub.




Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", "Elbrus" (SKAD) operativ–taktiki raket kompleksləri, "S-300", "KRUQ", "OSA" "KUB", "TOR" zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri məhv edilib, ümumilikdə 290 düşmən hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Quliyev "Zəfər" ordeninə layiq görülüb.



Sərhədçilərə həm komandir, həm dost, həm doğma insan olan Elçin Quliyevin oğlu baş leytenant Məhəmməd Quliyev erməni terrorçularının sərhəd bölgələrimizə bütün hücumlarında döyüşə ilk girən zabitlərdəndir. Məhəmməd Quliyevin Vətən müharibəsindəki döyüşləri hər dəfə xatırlanır. 

Sərhədlərimiz Sizə əmanət, cənab general. Yolunuz həmişə açıq olsun. Sizə sağlam, firəvan, hər anı qələbə dolu həyat arzulayırıq. 

Hörmətlə, Rupor.az saytının kollektivi 

 



Oxşar xəbərlər