Hava limanında kran aşdı - Ölən də var - Yeniləndi


  • 18:57 / 22 09 2022 |
  • Bölmə: Hadisə


Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib.

Ölən şəxs paytaxt sakini Prokofyev İqor Vladimiroviç, xəsarət alan şəxs isə Nuriyev Zaur Tofiq oğludur.

***
Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Rupor''"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***
Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib kin qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

Qeyd edilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.



Oxşar xəbərlər