16 nəfər yaralanıb, bir nəfər ölüb - Şabrandakı qəzadan yeni xəbər


  • 21:16 / 22 09 2022 |
  • Bölmə: Hadisə


Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

"Rupor''" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onlardan 1 nəfər dünyasını dəyişib, 2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyyə edilir. 

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.



Oxşar xəbərlər