Gəncədə 3-cü sinif şagirdləri direktora ağlayaraq etiraz edirlər - VİDEO


  • 13:32 / 28 09 2022 |
  • Bölmə: Hadisə / Şikayət


Gəncə şəhər 20 nömrəli məktbdə yenə narazılıqlar baş qaldırıb. 

Valideynlərin "Rupor"a verdikləri məlumata görə, təhsil ocağının direktoru Mehriban Abbaszadə məktəbin üçüncü və dördüncü sinflərini digər siniflərlə birləşdirmək barədə əmr verib. 

Rəhbərlik bu əmri onunla əsaslandırır ki, həmin sinflərdə uşaqların sayı 20-ni keçmir. 

Valideynlər Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə də görüşüblər. 

O, diqqətə çatdırıb ki, belə bir qayda iki ildir qüvvədədir, az saylı sinflər başqa sinflərlə birləşdirilir.

Xatırladaq ki, bir müddət öncə bu məktəbin 4-cü sinif şagirdlərinin başqa məktəbə köçürülməsi barədə də məlumat yaymışdıq. Valideynlər o qərara da etiraz edirdilər.


Hazırda isə qaydada korrektə işləri aparılıb. Sözügedən sinflərin şagirdlərini başqa məktəbə deyil, öz məktəbləri daxilində digər sinflərə göndərmək istəyirlər. 





Oxşar xəbərlər