Yoluxma sayı yenə artdı - 3 ölən var


  • 15:31 / 13 10 2020 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42.381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39.468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2301 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 865, ötən müddət ərzində isə ümumilikdə 1.187.136 test aparılıb.



Oxşar xəbərlər