Gəncədə erməni terrorunun qurbanlarının sayı 12-yə çatdı - Baş Prokurorluq


  • 04:55 / 17 10 2020 |
  • Bölmə: Hadisə / Bölgə


Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
"Rupor" xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.
Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
"LAF" TV internet televiziyasının rəhbəri, jurnalist Ləman Ələşrəfqızı düşmənin Gəncədə yaşatdığı faciənin bəzi detallarına aydınlıq gətirən status yazıb:
"Gəncədə iki ayrı ünvana raket zərbəsi düşüb. Biri Süleyman Rəhimov küçəsi, digəri isə Muxtar Hacı küçəsidir. Ən dəhşətli faciə Muxtar Hacıyev küçəsində yaşanıb, 12 nəfər mülki sakin ölüb, 40 nəfərdən çoxu yaralanıb. S. Rəhimov küçəsində isə 1 nəfər mülki ölüb, 10 nəfər yaralanıb.
Ümumilikdə 13 ölü. Qurbanların sayı arta bilər".
 


Oxşar xəbərlər