Karantin qaydalarını pozan futbolçu ilə müqavilə pozuldu


  • 14:24 / 16 12 2020 |
  • Bölmə: İdman


Belçikanın "Ostende" klubu futbolçusu Fabris Ondoa ilə müqaviləni pozub.
"Rupor" qol.az-a istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.
Ötən həftə 24 yaşlı qapıçının evindən səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu məlum olub.
Ondoanın qonaqları hadisə yerinə gəlmiş polislərə hücum etməkdən də çəkinməyiblər.




Oxşar xəbərlər