Pele Messini təbrik etdi - Video


  • 11:29 / 20 12 2020 |
  • Bölmə: İdman



Futbol üzrə üç qat dünya çempionu olan braziliyalı Pele "Barselona"nın argentinalı forvardı Lionel Messinin oyunundan heyran olduğunu etiraf etdi.
"Rupor" "Milli.az"-a istinadən xəbər verir ki, bu barədə Pele öz "İnstagram" səhifəsində yazıb.
Qeyd edək ki, L.Messi İspaniya çempionatında Valensiya ilə oyununda qol vurdu (2:2). Bu top argentinalı üçün rəsmi matçlarda "Barselona"nın heyətində 643-cü oldu. L.Messi bir klubda vurulan qolların sayına görə Pelenin rekordunu təkrarladı.
Pele L.Messini tebrik edib: "Tarixi rekordun münasibətilə təbrik edirəm, Lionel".






Oxşar xəbərlər