Komandalar meydana plakatlarla çıxdı - "YAŞAT"


  • 19:44 / 20 12 2020 |
  • Bölmə: İdman


Koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan Azərbaycan Premyer Liqası XII turun bütün oyunları bu gün keçirilib. 19 günlük fasilə yaranmışdı. 
"Rupor" xəbər verir ki, Peşəkar Futbol Liqası turu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT turu” elan edib. Komandalar meydana plakatlarla çıxıb və oyunlardan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış matçı Qəbələdə olub. “Qarabağ”la “Qəbələ”nin görüşü 1:1 hesabla başa çatıb. “Zirə” “Sumqayıt”ı qəbul edib və hesab 2:2 olmaqla yekunlaşıb. “Səbail” “Keşlə” “Səbail”lə üz-üzə gəlib. Qapılarından top buraxmayan qonaqlar 2 top vuraraq qalib gəlibər. 
“Neftçi” “Sabah”ın qonağı olub. Oyun 0:2 hesabı ilə "Neftçi"nin xeyrinə yekunlaşıb. 
Premyer Liqada XIII turun oyunları dekabrın 24-də keçiriləcək.



Oxşar xəbərlər