idmançılara nə qədər pul ayrılıb? - Ötən il


  • 16:45 / 16 05 2020 |
  • Bölmə: İdman


2019-cu ildə beynəlxalq idman yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının və onların məşqçilərinin mükafatlandırılmasına 2,1 milyon manat sərf olunub.

"Rupor"un məlumatına görə, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir.

Sənəddə o da qeyd olunur ki, Yardımlı, Tərtər, Neftçala rayonlarında Olimpiya Komplekslərinin tikintisi və ölkədə irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı xərclər 197,2 milyon manat təşkil edib.

AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi üçün hazırlıq işlərinə isə 10 milyon manat ayrılıb.



Oxşar xəbərlər