"Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı"


  • 17:20 / 17 05 2020 |
  • Bölmə: İdman


"Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı". 

"Rupor" xəbər verir ki, bu sözləri Türkiyənin "Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar deyib.

Futbolçu Azərbaycan millisinin təklifindən imtina etdiyini və Türkiyə yığmasında oynamaq istədiyini bildirib: "Tək arzum milli komandada oynamaqdı. "Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm. Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan məni istədi, ancaq mən bunu qəbul edə bilmədim”.
 
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm oynadığı 16 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.



Oxşar xəbərlər