Ronaldo rekordsmen oldu


  • 09:53 / 11 01 2021 |
  • Bölmə: İdman


İtaliyanın "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldo rəsmi matçlarda vurduğu qol sayına görə rekordu təkrarladı.
"Rupor" Trend-ə istinadən xəbər verir ki, futbolçu İtaliya çempionatında ötən gün "Sassuolo"ya qarşı matçda (3:1) fərqlənib.
35 yaşlı hücumçu bu oyunda fərqlənməklə karyerasında 759-cu qola imza atıb. Eyni göstərici 1950-ci illərə qədər Avstriya və Çexoslovakiya yığmalarının heyətində oynayan hücumçu Yozef Bitsanın hesabındadır. Bundan əvvəl Ronaldo 757 qolla Peleni geridə qoyub.
Ronaldo 2018-ci ilin iyulundan "Yuventus"da, daha əvvəl isə İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Yunayted" və Portuqaliyanın "Sportinq" klublarında oynayıb. Futbolçu "Qızıl Top" mükafatını 5 dəfə alıb, həmçinin Çempionlar Liqasının və Avropa çempionatının 5 qat qalibidir.




Oxşar xəbərlər