Fransa Azərbaycandan üzr istədi


  • 12:04 / 14 01 2021 |
  • Bölmə: İdman


Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları yarışın loqosunda Azərbaycan bayrağının olmamasına görə üzr istəyib. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.
O bildirib ki, Fransızlar loqonun əvvəlki yarışlara aid olduğunu deyib: “Fransızlar bizdən üzr istədilər. Onlar bildirdilər ki, bu loqo əvvəlcədən hazırlanıb və orada bəzi ölkələrin bayrağı yoxdur. Diqqətsizlik səbəbindən üzrxahlıq etdilər. Bir daha belə problem olmayacaq”.
Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.





Oxşar xəbərlər